Bu gün səhər saatlarından etibarən Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevi hədəf alaraq 430 dron və 18 raketlə genişmiqyaslı hücum həyata keçirib. Hücumun əsas hədəfi şəhərin enerji infrastrukturu və yaşayış əraziləri olub.
Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində ən azı 6 nəfər həlak olub, yaralananların arasında uşaqlar və hamilə qadınlar da var. Raket və dronlardan müdafiə sistemləri bir çox hədəfi vursa da, çoxmərtəbəli yaşayış binaları, məktəblər, xəstəxanalar və istilik sistemləri ciddi şəkildə zədələnib.
Hücum eyni zamanda Qara Dəniz sahilindəki liman şəhəri Chornomorsk və bəzi diplomatik obyektləri də əhatə edib.
Bu hadisə ölkənin enerji və infrastruktur sisteminə ciddi zərbə vuraraq soyuq mövsümə girərkən Kiyevdə təhlükəsizlik və həyat şəraitini daha da çətinləşdirir.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
