Almaniyanın koalisiya hökuməti aylarla davam edən siyasi çəkişmələrdən sonra qoşun sayını artırmaq üçün yeni hərbi xidmət planı barədə razılığa gəlib.
Yeni hərbi xidmət planı 18 yaşlı bütün kişilərin xidmətə yararlılıqları barədə sorğu vərəqəsi doldurmasını və 2027-ci ildən etibarən tibbi müayinədən keçməsini məcburi edəcək.
Bu qərar Berlinin Avropanın ən güclü ənənəvi ordusunu yaratmaq məqsədi ilə atılır.
Almaniyanın ən böyük müdafiə şirkəti olan Reynmetall-ın rəhbəri BBC-yə bildirib ki, bu hədəfə beş il ərzində çatmağın mümkün olduğuna inanır.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
