BBC ABŞ prezidenti Donald Trampa Panorama proqramında çıxışının montajlanması ilə bağlı üzr mesajı göndərib, lakin kompensasiya tələbini rədd edib. Korporasiya montajın yanlış təəssürat yaratdığını etiraf edərək həmin epizodu yenidən yayımlamamaq qərarı ilə məsələni bağlayıb.

Trampın hüquqşünasları BBC-ni 1 milyard dollarlıq iddia ilə hədələyib, lakin BBC bunun üçün heç bir əsas olmadığını bildirib. Korporasiya montajın qərəzlə edilmədiyini, nitq sadəcə qısaldılıb və kontekstdə təqdim edilib deyə müdafiə edib.
Qalmaqal BBC rəhbərliyində istefalarla nəticələnib, həm baş direktor Tim Davie, həm də xəbər xidməti rəhbəri Deborah Turness öz postundan ayrılıb. BBC daxilində isə müdafiə arqumentlərinin güclü olduğuna inanılıb.
Tramp tərəfi isə montajın onu nüfuzdan saldığını və tamaşaçını yanıltdığını iddia edib, lakin BBC buna qarşı beş əsas hüquqi arqument irəli sürüb. Məsələ ilə bağlı Ağ Evə də müraciət edilib, lakin şərh verilməyib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
