Bu gün:

Bir neçə ay əvvəl açılan körpü saniyələr içində çöküb


Çində bir neçə ay əvvəl istifadəyə verilən 758 metr uzunluğundakı Honqi Körpüsü qismən çöküb.

Hadisə ölkənin cənub-qərbində, Siçuan əyalətində baş verib. Bu körpü ölkənin daxili hissələrini Tibet bölgəsi ilə birləşdirən mühüm nəqliyyat xətti sayılırdı və bu ilin əvvəlində rəsmi şəkildə açılmışdı.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə nəticəsində insan itkisi olmayıb. Bununla belə, körpünün ətrafında çatların və torpaq sürüşmələrinin əmələ gəldiyi bildirilib. Ərazi struktur təhlükəsizliyi baxımından nəqliyyat üçün bağlanıb.

Hadisənin səbəbi ilə bağlı texniki araşdırma davam edir. Mühəndislik qrupları ərazidəki yerüstü hərəkətləri və torpaq dəyişikliklərini yaxından izləyirlər.

Bu hadisə Çində sürətlə həyata keçirilən infrastruktur layihələrinin keyfiyyəti və təhlükəsizlik standartları ilə bağlı yeni müzakirələrə yol açıb.

https://www.sozcu.com.tr/birkac-ay-once-acilan-kopru-saniyeler-icinde-coktu-p257999

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et