Bu gün:

Epşteyn yazışmaları Endrüyə dair iddiaları gücləndirib


Yeni yayımlanan sənədlər şahzadə Endrü Mountbatten-Vindsorun uşaq istismarı ilə məşğul olan Cefri Epşteynlə əlaqələrinə dair yeni suallar doğurub.

2011-ci ilin martında Epşteynlə münasibətini bitirdiyini bildirdikdən dörd ay sonra, Endrünun Epşteynə və Cislayn Maksvellə “Artıq bunun heç birini davam etdirə bilmirəm” sözlərini yazdığı e-poçtlar üzə çıxıb.


Sənədlərdən biri, həmçinin 2001-ci ildə çəkilib və Endrünun 17 yaşlı Virciniya Cüfrəni belindən tutduğu fotonun həqiqiliyini təsdiqləyib. Epşteyn isə yazıb: “Bəli, o mənim təyyarəmdə olub və mənim bir çox işçilərimdə olduğu kimi onun da Andru ilə şəkli çəkilib".


Endrü isə həmin şəkilin saxtalaşdırıldığını iddia edib və onu xatırlamadığını bildirib.


Epşteyn 2019-cu ildə həbsxanada intihar edib, Maksvell isə 2022-ci ildə insan alverinə görə 20 il həbs cəzası alıb.


Mənbə: The Guardian


Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et