Bu gün:

Starmer liderliyinə meydan oxuyana qarşı mübarizə edəcək


Baş nazir Sör Keyir Starmerin müttəfiqləri onun Leyborist Partiyasının deputatları tərəfindən qoyula biləcək hər hansı bir liderlik mübarizəsinə qarşı mübarizə aparacağını aydın şəkildə bildirirlər.

Sör Keyirə sadiq olan dairələr onun vəzifəsinin, bəlkə də, iki həftəyə təqdim olunacaq Büdcədən dərhal sonra təhlükə altında ola biləcəyindən narahatlıq keçirirlər.

Sör Keyirin yaxınları onu əvəz etməyə çalışan gizli fəaliyyətlərin getdiyini düşündükləri üçün dərin narahatlıq keçirir və liderlik mübarizəsinin ağır risklərini aydınlaşdırmağa çalışırlar.

Mənbə: BBC news 

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et