Bu gün:

OceanGate istehaslı olan Titan niyə partladı?


OceanGate şirkəti 18 iyun 2023-cü il tarixində "Titanik" gəmisinin su altındakı qalıqlarına tur təşkil etmişdi. Kanadanın Nyufaundlend ərazisindən, təxminən 740 kilometr aralıda, Şimali Atlantik okeanında yox oldu. 

 

Biletləri 250.000 dollara satılan və içərisində 5 nəfərin də olduğu "Titan" sualtı gəmisi ilə 1 saat 45 dəqiqə sonra əlaqə qəflətən kəsildi. Həmin andan etibarən axtarış-xilasetmə əməliyyatlarına başlayan ABŞ Sahil Təhlükəsizlik Qüvvələri 4 gün sonra - 22 iyun tarixində sualtı gəminin qalıqlarına rast gəldi. Bununla da, gəminin içə doğru partladığı və içərisindəki 5 nəfərin öldüyü qənaətinə gəlindi. Bütün bunları nəzərdə saxlasaq, ortaya bir çox suallar çıxır:  "Titan"ın içə doğru partlamasına səbəb nə idi? Niyə keyfiyyətli testlər aparılmamışdı?

Əvvəlcə, onu qeyd edək ki, sualtı gəminin endiyi dərinlik 3600 metrdən də aşağı idi, yəni burada suyun sıxlığı olduqca ağırdır. Turu təşkil edən OceanGate şirkətinin "Titan" sualtı gəmisi film, media, daha səthi araşdırmalar və.s üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən Titanın bu qədər dərinə enməsi çox riskli idi. Həmçinin şirkətin əvvəlki işçilərindən biri bu texnikanın hələ də test edilməsinin vacib olduğunu vurğulayıb. 

Bundan əvvəl də okeanın dərinliyinə enən sualtı texnikada təhlükəli vəziyyət yaranmışdı.

Əlavə olaraq, Titan joystiklə idarə olunurdu. Bunu şirkətin CEO-su Stockton Rush gəminin təqdimat videosunda qeyd etmişdi. Bu da qeyri-peşəkarlığın nəticəsidir. 

Ən əsası da, sualtı gəminin batareya ilə işləməsi oradakı enerji təhcizatında problemin yaranmasına və nəticədə 1 saat 45 dəqiqə sonra əlaqənin kəsilməsinə səbəb ola bilər.

Bütün bu ehtimalları göz önündə tutsaq, Titanın partlaması heç də təsadüfi deyil. Son axtarış tədbirləri nəticəsində gəminin qalıqları Titanikin batnmış qalıntılarından 500 metr aralıda tapılıb. Daha yaxından baxıldıqda isə qalıqların Titana və içərisindəki 5 nəfər sərnişinə aid olduğu təsdiqlənib.

Mənbə: Barış Özcan, BBC News

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et