Bu gün:

Elm adamları sunamini atmosferdəki dalğalanmalarla vaxtında aşkar ediblər


2025-ci ilin yayında alimlər sunaminin yaranmasını ilk dəfə atmosferdəki dalğalanmalar vasitəsilə real vaxtda müşahidə edə bildilər.

Hadisə Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində qeydə alınıb. Bu, son 15 ildə müşahidə olunan ən güclü yeraltı təkan idi və okeanda 400 mil/saat (təxminən 640 km/saat) sürətlə hərəkət edən nəhəng dalğalar yaradıb.

Zəlzələdən bir neçə dəqiqə sonra Sakit okean ətrafındakı ölkələrdə, o cümlədən Yaponiyada milyonlarla insanın təxliyəsi elan olunub. Lakin bu dəfə alimlər sunamini yalnız dənizdə deyil, Yer atmosferində yaranan titrəyişlər vasitəsilə də izləyə biliblər.

Okeandakı güclü dalğalanmalar yuxarı atmosferi sarsıdaraq qlobal peyk siqnallarında pozuntular yaradıb. Məhz bu pozuntular sunaminin istiqamətini və gücünü təxmin etməyə imkan verib.

Təsadüfən, hadisədən bir gün əvvəl NASA “Guardian” adlı fövqəladə hadisə xəbərdarlıq sisteminə süni intellekt modulu əlavə etmişdi. Bu yenilik sayəsində alimlər zəlzələdən cəmi 20 dəqiqə sonra sunaminin Havay adalarına doğru irəlilədiyini müəyyənləşdiriblər — dalğalar sahilə çatmazdan 30–40 dəqiqə əvvəl.

Mənbə: BBC

Tərcümə etdi: Gülay Bədirli

Paylaş
Şərh əlavə et