Bu gün:

ABŞ senatı hökumət bağlanmasına son qoyub


ABŞ Senatı tarixdə ən uzun müddətli hökumət bağlanmasına son qoya biləcək vacib vəsait qanununu təsdiqləyib.

Qanun bazar ertəsi gecə saatlarında 60-40 səs nisbətiylə, demək olar ki, bütün Respublikaçıların və partiyadan ayrılan səkkiz Demokratın dəstəyi ilə qəbul edilib. Razılaşma hökumətin yanvar ayının sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutur.

Qanunun Prezident Donald Tramp tərəfindən təsdiqlənməsindən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməsi lazımdır. Tramp bazar ertəsi günü ərzində qanunu imzalamağa hazır olduğunu bildirib.

Bu razılaşma bəzi Demokratların Respublikaçılarla birləşərək federal işçilərin işlərinə qayıtması və vacib xidmətlərin bərpası üçün danışıqlar aparmasının ardından həftə sonu ərzində əldə edilib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et