Bu gün:

Donald Tramp BBC-ni məhkəməyə verməyə hazırlaşır


ABŞ prezidenti Donald Tramp “Panorama” sənədli filmində çıxışının montajlanması səbəbindən BBC-yə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir. 

Trampın hüquq komandası korporasiyaya 14 noyabra qədər “tam və ədalətli təkzib” verilməsi üçün vaxt qoyub, əks halda 1 milyard dollarlıq təzminat iddiası irəli sürüləcəyini bildirib. 


Sızdırılmış daxili BBC sənədlərinə görə, montaj Trampın 6 yanvar hadisələri ilə bağlı çıxışını təhrif edib. BBC sədri Samir Şah montajın “səhv qərar” olduğunu etiraf edərək bunun tamaşaçıda Trampın birbaşa çağırış etdiyi təəssüratını yaratdığını deyib. O, eyni zamanda BBC-nin qərəzli davranması ilə bağlı iddiaları rədd edib.


Trampın məktubunda BBC “yalan və böhtan xarakterli məlumat yaymaqda” ittiham olunur və korporasiyadan rəsmi üzr tələb edilir. BBC rəhbərliyi isə jurnalistlərin qərəzsizliyə sadiq qaldığını, lakin “bəzən səhvlərin baş verə biləcəyini” bildirib.


Hadisədən sonra BBC-yə 500-dən çox şikayət daxil olub. Trampın media qurumlarına qarşı iddiaları yeni deyil. O, daha əvvəl CNN, CBS News və The New York Times kimi qurumlara qarşı da oxşar məhkəmə prosesləri aparıb. 


Məlumata görə, “Panorama”dakı montaj 50 dəqiqə aralıda olan iki cümlənin birləşdirilməsi ilə yaranıb


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et