Hindistanın paytaxtı Yeni Dehlidə, məşhur Qırmızı Qala (Red Fort) yaxınlığında baş verən avtomobil partlayışı nətocəsində azı 8 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.
Polis hadisəni terror aktı kimi araşdırır və iş antiterror qanunu çərçivəsində aparılır.
Hadisə yeri tamamilə mühasirəyə alınıb. Bomba mütəxəssisləri ərazidə əlavə yoxlamalar aparır.
Hindistan hökuməti paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib, xüsusilə də turist və inzibati bölgələrdə nəzarət artırılıb.
Baş nazir Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib və “günahkarların ciddi şəkildə cəzalandırılacağını” bildirib.
Mənbə: Reuters.com
Tərcümə etdi: Şehrin Musayeva
