Bu gün:

"Uwan" tayfunu (Fung-Wong) Filippinləri vurub


Filippinlərdə “Uwan” adlı güclü tayfun (beynəlxalq adı “Fung-Wong”) ölkənin mərkəzi və şimal bölgələrində ciddi fəsadlar törədib.Filippin Meteorologiya İdarəsinin məlumatına görə, tayfun 11 noyabr səhəri şimal sahillərinə yaxınlaşaraq saatda 150 kilometr sürətlə hərəkət edib. Tayfun ilə müşayiət olunan yağışlar bir çox yaşayış məntəqələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Yerli hakimiyyət orqanları bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyini, bir neçə yolun bağlandığını və məktəblərin müvəqqəti fəaliyyətini dayandırdığını bildirib. Fövqəladə hallar xidməti isə gücləndirilmiş rejimdə işləyir.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, “Uwan” tayfunu yaxın günlərdə zəifləsə də, onun qalıqları Tayvan və Vyetnam istiqamətində hərəkət edə bilər.

Mənbə: gmanetwork

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et