Bu gün:

Fransa məhkəməsi Sarkozini vaxtından əvvəl azad edib


Paris məhkəməsi keçmiş prezident Nikola Sarkozinin apelyasiya şikayəti ərzində həbsxanadan azad edilməsinə qərar verib.

Məhkəmə onun yerinə “məhkəmə nəzarəti” altında olmasını tələb edib və apelyasiya prosesi başa çatana qədər bu qərarın qüvvədə qalacağını bildirib.

BFM TV-nin məlumatına görə, Sarkozi bu gün həbsdən çıxacaq. Qeyd olunur ki, məhkəmə qərarı onun hüquqi proseslərdə iştirakını davam etdirməsinə imkan yaradacaq.

Mənbə: The Guardian

Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et