BBC-nin Rəyasət Heyətinin sədri Samir Şah Donald Trampın bir çıxışını redaktə edən sənədli filmdə "qərar qəbul etmə səhvi" etdiyinə görə üzr istəyib.

Baza bildirib ki, 2024-cü ildə ABŞ prezidenti haqqında yayımlanmış "Panorama" proqramı Trampın çıxışının iki hissəsini elə birləşdirib ki, bu, onun 2021-ci il yanvarın 6-nda baş vermiş Kapitoliydəki iğtişaşları açıq şəkildə təhrik etdiyi təəsüratı yaradıb.
Keçən bazar gecəsi BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər şöbəsinin rəhbəri Debora Turness istefa veriblər. Onların istefası keçmiş BBC məsləhətçisi Maykl Preskott tərəfindən yazılmış və proqramın redaktəsinə görə tənqid olunan məxvi bir memorandumdan sonra gəlib.
Mədəniyyət, Media və İdman Komitəsinin deputatlarına göndərdiyi məktubda Samir Şah qeyd edib ki, bu redaktə "şiddət tədbirlərinə birbaşa çağırış təəsüratı yaradıb".
Buna cavab olaraq, Prezident Donald Trump BBC-yə məktub göndərib və hüquqi iş təhdidi edib.
Məlumata görə, Maykl Preskottun geniş tənqidi memorandumu BBC-nin xəbər yayımının digər sahələrini də tənqid edib. Memorandumun müəllifi bildirib ki, onu "BBC Rəhbərliyinin hərəkətsizliyindən ümidini üzüb" göndərib.
Lakin Samir Şah öz məktubunda deputatlara deyib ki, "qaldırılan problemləri həll etmək üçün BBC-nin heç nə etmədiyini demək sadəcə doğru deyil". Daha sonra verdiyi müsahibədə o, BBC-də heç bir sistematik tərəflilik olmadığında israr edib.
Bu hadisə ictimai yayımçılıq təşkilatlarının reportajlarında dəqiqlik və tərəfsizliyi necə qoruduğu ilə bağlı davam edən müzakirələrə yeni bir mərhələ qatıb.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
