Bu gün:

Danimarka hökümətindən sosyal medyaya qadağa


Danimarka hökuməti 15 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsini qadağan etməyə hazırlaşır. Baş nazir Mette Frederiksen bu qərarın uşaqları qorumağa yönəldiyini bildirib. O, sosial medianın “uşaqların uşaqlığını əlindən aldığını” vurğulayıb.

Frederiksen çıxışında sosial medianın uşaqlarda narahatlıq və depressiya hallarını artırdığını qeyd edib. Onun sözlərinə görə, bir çox uşaq artıq diqqətini cəmləməkdə və oxumaqda çətinlik çəkir. Hökumət valideynlərə yalnız 13 yaşdan etibarən icazə verməyi nəzərdə tutan yeni qanun layihəsi hazırlayır. Yeni qanun uşaqların psixoloji rifahını qorumağı və sağlam ünsiyyət vərdişlərini gücləndirməyi hədəfləyir. Danimarka bu addımı atan tək ölkə deyil — Avstraliya və Norveç də oxşar məhdudiyyətlər tətbiq edib. Frederiksenə görə, sosial medianın təsiri azaldılmasa, uşaqların gələcəyi risk altındadır.

Mənbə: Nuvemmag.com

Tərcümə etdi: Fidan Mənsimova 

 

 

Paylaş
Şərh əlavə et