Bu gün:

Antarktidada tapılan 17 funtluq meteorit


Antarktidada bu yaxınlarda aparılan ekspedisiya zamanı tədqiqatçılar min illərdir buzun altında gizlənmiş, yaxşı qorunmuş beş meteorit aşkar ediblər.


Alimlər bu yaxınlarda Antarktidada indiyə qədər kəşf edilmiş ən ağır meteoritlərdən birini, eləcə də min illər əvvəl buzlu qitəyə düşmüş digər donmuş vəziyyətdə olan dörd kosmik qayanı aşkar ediblər.


Tədqiqatçılar Belçikaya məxsus Şahzadə Elizabet Antarktida stansiyasının yaxınlığındakı Nils Larsen mavi buz zonasında meteoritlərin miniatür anbarını tapıblar. Beş meteoritdən ən diqqət çəkəni 7,6 kiloqram ağırlığında olan qovun ölçüsündə bir qaya olub. Antarktidada kəşf edilən 45.000 meteoritdən yalnız 100-ü bu kosmik top qədər ağır olub.


Çikaqodakı Field Muzeyinin meteorit mütəxəssisi, ekspedisiya alimi Maria Valdes mətbuata açıqlamasında bildirib ki, "Meteoritlər üçün ölçü mütləq vacib deyil və hətta kiçik mikrometeoritlər belə inanılmaz dərəcədə elmi dəyərli ola bilər. Amma, əlbəttə ki, bu kimi böyük bir meteorit tapmaq nadir və həqiqətən həyəcanverici bir haldır".


Mənbə: Livescience

Tərcümə etdi: Aygül Alıyeva

https://www.livescience.com/heavy-meteorite-discovered-antarctica?fwa

Paylaş
Şərh əlavə et