ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət gərginliyi yumşalmaq üzrədir. İki ölkə hökumətləri qarşılıqlı yükdaşıma təhqiqatlarını dayandırmaq barədə razılığa gəlib. Bu addım beynəlxalq ticarətdəki qeyri-müəyyənliyi azalda və bazarlarda sabitlik yarada bilər.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trump tarif siyasətini müdafiə edərək bildirib ki, gömrük rüsumları “Amerika iqtisadiyyatının qorunması üçün zəruri vasitədir”. Prezident əlavə edib ki, bu siyasətin nəticəsində əldə olunan gəlirdən Amerika vətəndaşlarına 2 000 ABŞ dolları məbləğində “iqtisadi dividend” veriləcək.
Ekspertlərə görə, bu qərar ABŞ daxili bazarını müvəqqəti sabitləşdirsə də, qlobal ticarət münasibətlərinə uzunmüddətli təsiri hələlik qeyri-müəyyəndir.
Mənbə :https://www.business-standard.com/
Tərcümə etdi :Zəhra Məlikova
