Bu gün:

Filippinlərdə "Fung-wong" tayfunu baş verib


Filippinlərdə baş verən güclü “Fung-wong” tayfunu ölkənin mərkəzi və şərq bölgələrinə ciddi zərbə vurub. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı iki nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.

Filippin hökuməti təhlükəli bölgələrdə yaşayan 1 milyonadək sakinin təxliyə edildiyini açıqlayıb. Tufan Luzon adasında güclü küləklər və leysan yağışları ilə müşayiət olunub.

Meteoroloqların məlumatına əsasən, tayfunun külək sürəti saatda 185 kilometrə, bəzi yerlərdə isə 230 kilometrə çatıb. Nəticədə bölgənin bir çox hissəsində elektrik enerjisi kəsilib, nəqliyyat əlaqələri pozulub və hava limanlarında uçuşlar təxirə salınıb.

Rəsmilər bildiriblər ki, fövqəladə xidmətlər hazır vəziyyətdə saxlanılır və ölkədə humanitar yardım əməliyyatları davam edir. Ekspertlər “Fung-wong” tayfununu son illərin ən güclü tropik fırtınalarından biri adlandırıb və iqlim dəyişikliklərinin bölgədə təbii fəlakətlərin intensivliyini artırdığını vurğulayıblar.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et