Ölkənin meteorologiya xidmətinin məlumatına görə, şiddəti artaraq "super tayfun" kateqoriyasına yüksələn "Fung-vonq" (yerli adı ilə "Uvan") səbəbilə Filippində təxminən bir milyon adam təxliyə edilib.

Tayfunun əsas şiddətli küləklərinin saatda 185 km, təkanlı küləklərinin isə 230 km sürətə çatdığı bildirilir. Bölgə sakinləri bazar günü axşamı ən şiddətli zərbənin əsas əhalinin yaşadığı Luzon adasına olacağını gözləyirlər.
Şərqdə yerləşən Bikol regionu artıq bazar səhəri tayfunun ilk zərbəsini hiss edib. Bu daha əvvəl dağıdıcı iz qoyub 200 nəfərə yaxın insanın həlak olmasına səbəb olan "Kalmagi" adlı başqa bir fırtınadan sonra gəlir.
BBC-nin müxbiri Conatan Hed hadisəni "tamamilə nəhəng fırtına" kimi təsvir edib.
Filippin hökuməti genmişmiqyaslı təxliyə və fövqəladə vəziyyət tədbirləri həyata keçirir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
