Tufan Funq-Vonq Filippinin ən böyük adası olan Luzonu vurub və bir çox bölgələrdə “həyat üçün təhlükəli şərait” yaradıb. 185 km/saat sürətli küləklər və güclü leysan yağışları ölkənin şərqində yerləşən Bikol və Katanduanes bölgələrində vəziyyəti daha da ağırlaşdırıb.

Filippinin meteorologiya xidməti Paqasa tufanının bazar günü səhər ölkəyə daxil olduğunu və axşam saatlarında daha geniş ərazilərə yayıldığını açıqlayıb. Bir neçə məktəbdə dərslər ləğv edilib, Filippin Hava Yolları isə bir sıra reysləri dayandırıb.
Funq-Vonq-un əvvəlki Kalmagey tufanından dərhal sonra gəlməsi narahatlığı artırıb. Kalmagey yüzlərlə insanın ölümünə, yaşayış məntəqələrinin dağıdılmasına və xilasetmə işlərinin çətinləşməsinə səbəb olub.
Hazırda şərq bölgələrində güclü külək və yağışlar müşahidə olunur. Rəsmilər sakinləri, xüsusilə sahil və alçaq ərazilərdə yaşayanları təhlükəsiz yüksəkliklərə köçməyə çağırıblar. Otellər və digər obyektlər bağlanıb, sahil mühafizəsi təxliyə işlərini davam etdirir.
Mütəxəssislər iqlim dəyişikliyinin tufanların sayını artırmadığını, lakin daha isti okeanların onları daha güclü etdiyini bildirirlər. Bu da külək sürətinin artmasına, intensiv yağışlara və sahil daşqınlarının güclənməsinə səbəb olur.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
