Bu gün:

Kentukidəki təyyarə qəzasından sonra bir sıra yük təyyarələri uçuşdan çıxarılıb


Amerikalı kuryer şirkətləri UPS və FedEx, Kentukidə baş verən və azı 14 nəfərin həlak olduğu qəzadan sonra bir sıra yük təyyərələrini müvəqqəti olaraq uçuşdan çıxarıb.

UPS təyyarəsi havalandıqdan qısa müddət sonra yaxınlıqdakı iş yerləri ilə toqquşaraq alovlanıb. Bir neçə binanı yandıran böyük bir yanğın törədib və Louisville Beynəlxalq Hava Limanının bağlanmasına səbəb olub.

UPS MD-11 modellərinin uçuşdan qaldırılması qərarının istehsalçı Boeing-in təlimatı əsasında verildiyini bildirib. Rəqibi FedEx də eyni addımı atacağını təsdiqləyib.

Rəsmi şəxslər ölümcül qəzanın səbəbini hələ müəyyən etməyiblər.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et