Nensi Pelosi Konqresdən istefa verdiyini açıqlayıb və bununla da Kaliforniyalı Demokratın Vaşinqtonda ən güclü fiqurlardan birinə çevrildiyi onilliklər davam edən siyasi karyerasına son qoyub.

Cümə axşamı yayımlanan video müraciətində Pelosi bildirib ki, 2027-ci ilin yanvarında müddəti başa çatdıqda Konqresə yenidən seçilməyə çalışmayacaq.
85 yaşlı Pelosi ABŞ Nümayəndələr Palatasının ilk qadın spikeri kimi tarixə düşüb və 2003–2023-cü illər arasında Konqresin aşağı palatasında Demokrat Partiyasına rəhbərlik edib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
