Bu gün:

Dünya liderləri COP30 öncəsi Amazon meşələrində bir araya gəliblər


Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iqlim sammiti ərəfəsində dünya liderləri və ekspertlər qlobal iqlim əməkdaşlığını müzakirə ediblər.

Görüşdə çıxış edənlər qlobal həmrəyliyin zəifləməsindən və bir çox ölkələrin iqlim öhdəliklərini yerinə yetirməməsindən narahatlıqlarını ifadə ediblər.

Braziliya hökuməti sammiti “Amazonu qorumaq və davamlı gələcək qurmaq üçün yeni addım” kimi qiymətləndirir. Sammitin əsas mövzuları enerji keçidi, meşələrin bərpası və təmiz texnologiyaların tətbiqidir.

Mənbə:https://moderndiplomacy

Tərcümə etdi :Zəhra Məlikova 


Paylaş
Şərh əlavə et