Bu gün:

Kentukkidə UPS yük təyyarəsi qəzaya uğrayıb


Kentukki ştatının qubernatorunun sözlərinə görə, UPS yük təyyarəsi Luisvill şəhərindəki hava limanından qalxarkən qəzaya uğrayıb və ən azı yeddi nəfər həlak olub.

Endi Beşir bildirib ki, təyyarənin üç ekipaj üzvünün də ölənlər arasında olması ehtimal olunur. Təyyarə Luisvill Muhammad Ali Beynəlxalq Hava Limanından yerli vaxtla saat 17:15-də havaya qalxarkən partlayıb.

Hadisə zamanı ən azı 11 nəfər də yaralanıb. Qəza nəticəsində qalın qara tüstü buludları göyə qalxıb.

Rəsmilər xəbərdarlıq ediblər ki, bəzi yaralıların vəziyyəti çox ağırdır və ölənlərin sayı arta bilər.

Mənbə: BBC News 

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et