Bu gün:

ChatGPT barəsində yayılan xəbərlər saxtadır


OpenAI sosial mediada yayılan ChatGPT-nin artıq hüquqi və ya tibbi mövzularda məsləhət verə bilməyəcəyinə dair iddiaları təkzib edib. Şirkətin Səhiyyə üzrə süni intellekt rəhbəri Karan Singhal X platformasında etdiyi paylaşımda bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. O vurğulayıb ki, ChatGPT heç vaxt peşəkar məsləhətin yerini tutmayıb, lakin insanlara hüquq və sağlamlıqla bağlı məlumatları daha yaxşı başa düşməyə kömək etməyə davam edəcək.Singhal, həmçinin hüquqi və tibbi tövsiyələrə dair qaydaların yeni əlavə deyil şirkətin mövcud siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. 29 oktyabrda yenilənmiş qaydalarda istifadəçilərin ChatGPT vasitəsilə həyata keçirə bilməyəcəyi hərəkətlər sadalanıb və bu siyahıya lisenziya tələb edən, yəni hüquqi və tibbi məsləhətlərin peşəkar nəzarət olmadan verilməsi də daxildir. Yeni qaydalar əvvəlki siyasətlə eyni istiqamətdədir, məqsəd isə istifadəçilərin təhlükəsizlik, rifah və hüquqlarının qorunmasını təmin etməkdir.

Mənbə: Nuvemmag.com

Tərcümə etdi: Fidan Mənsimova

 

Paylaş
Şərh əlavə et