Bu gün:

Aydında bağ evində partlayış


Aydında iş adamı Ali Koça məxsus olduğu iddia edilən üzüm bağında baş verən partlayış və yanğın evi yararsız hala salıb. Partlayış və yanğınla bağlı araşdırmalara başlanılıb.

Aydının Efeler rayonunda üzüm bağında partlayış və ardınca yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın üzüm bağını yararsız hala salsa da, xəsarət alan olmayıb.

Hadisə gecə yarısı Umurlu məhəlləsində baş verib. İş adamı Ali Koça məxsus üzüm bağında hələ məlum olmayan səbəblərdən partlayış baş verib. Qonşuların xəbərdarlığından sonra hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və jandarma qrupları sövq edilib. Güclü külək nəticəsində yanğın sürətlə yayılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürsələr də, ev yararsız hala düşüb. Hadisə zamanı ev sahiblərinin çöldə olduğu öyrənilib. Polis partlayış və yanğınla əlaqədar istintaq başladıb.

Mənbə: Haberler 

Tərcümə etdi: Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et