Bu gün:

Avropa hava məkanında Rusiya təhdidləri artır


Avropa ölkələrinin hava məkanında müşahidə olunan naməlum dron uçuşları və hərbi təyyarə pozuntuları son aylarda artaraq regionun təhlükəsizlik sistemlərini sınağa çəkib. Mütəxəssislər bu halları Rusiyanın həyata keçirdiyi “hibrid müharibə” strategiyasının bir hissəsi kimi dəyərləndirirlər.Sentyabr ayından etibarən Polşa hava məkanına 20-yə yaxın Rusiya mənşəli dron daxil olub, Estoniyanın hava sərhədi isə hərbi təyyarələr tərəfindən pozulub. Bu kimi hadisələr Avropada hava əməliyyatlarının gedişatını çətinləşdirib və bəzi hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub.

Belçika, Almaniya, Danimarka, Norveç və İspaniyada dron müşahidələri səbəbilə uçuşlarda məhdudiyyətlər tətbiq edilib. Litvada və Rumıniyada isə hava məkanının pozulması ilə bağlı rəsmi orqanlar tərəfindən diplomatik addımlar atılıb.

Avropa İttifaqı rəhbərliyi bu hadisələri qitənin təhlükəsizliyinə qarşı yönəlmiş təxribatçı fəaliyyətlər kimi qiymətləndirir. Ekspertlər hesab edirlər ki, məqsəd Avropada qorxu, çaşqınlıq və bölünmə yaratmaqdır.

Hazırda NATO ölkələrinin hava müdafiə sistemləri gücləndirilir, dronlara qarşı müşahidə və cavab mexanizmləri təkmilləşdirilir. Təhlükəsizlik qurumları Avropanın hava məkanında sabitliyin qorunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayırlar.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et