Bu gün:

Zohran Mamdani Nyu-Yorkun meri seçilib


Demokrat Zohran Mamdani Nyu-York şəhərinin mer seçkilərində qalib gəlib. O, ABŞ-nin ən böyük şəhərinin ilk müsəlman meri olacaq.

Mamdani özünü demokrat sosialist adlandırır. O əsasən sosial proqramları genişləndirmək üçün milyonçulara vergi qoymağı vəd edərək qələbə qazanıb.

Prezident Donald Trump seçkilərdən əvvəl bildirib ki, əgər Mamdani qalib gəlsə, Nyu-Yorka federal vəsait göndərməyi dayandıracaq. Lakin Mamdani müstəqil Endryu Kuomo və respublikaçı Kurtis Slivaya qalib gəlib.

Eyni zamanda, Demokrat partiyasının Virciniya və Nyu-Cersi ştatlarında da qubernator seçkilərində qalib çıxması gözlənilir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et