AP-nin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, Nyu-Yorkun Demokratlar Partiyasından merliyə namizəd Zöhran Mamdani səslərin 50,6 faizini toplayaraq şəhərin tarixində ilk müsəlman mer olub.

Yerli vaxtla saat 21:00-da başa çatan səsvermədən sonra səslərin 83 faizi sayılıb. Nəticələrə görə, Mamdani ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomonu təxminən 9 faiz fərqlə geridə qoyub. Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Curtis Sliva isə 7,3 faizini qazanıb.
34 yaşlı Mamdani bu nəticə ilə Nyu-York şəhərinin ilk müsəlman meri kimi tarixə düşüb.
Eyni gün keçirilən digər seçkilərdə də Demokratlar Partiyası üstünlük əldə edib. Nyu-Cersi ştatında Demokrat Miki Şerril səslərin 57 faizini toplayaraq Respublikaçı Cek Çiattarelliyə qalib gəlib. Virciniyada isə Demokrat Abigail Spanberger səslərin 56,1 faizini qazanaraq Respublikaçı Winsome Earle-Searsu məğlub edib.
Mamdani kimdir?
Zöhran Mamdani — müsəlman sosialist siyasətçidir.
2 iyul 2025-ci ildə keçirilən seçkilərdə Nyu-Yorkun merliyinə Demokrat Partiyasının namizədi kimi qalib gəlib.
Şəhərin tarixində ilk müsəlman mer namizədi və qalibidir.
Uqandadan sürgün edilmiş hindli müsəlman ailəsində doğulub. Atası akademik, anası isə məşhur Bollivud səsi Vasundhara Dasdır.
O, immiqrant ailələrin hekayələri və sosial ədalət ideyaları ilə böyüyüb.
Mamdani kirayə böhranına qarşı mübarizəsi və Fələstinlə həmrəyliyi ilə tanınıb.
Endryu Kuomoya qalib gəlməsi Demokratlar Partiyasında gənc, immiqrant və ədalət tərəfdarı nəslin yüksəlişinin simvolu sayılır.
O, immiqrant məhəllələrindən yüksək gəlirli bölgələrə qədər uzanan geniş koalisiya ilə kampaniya aparıb və pulsuz ictimai nəqliyyat, kirayə haqqının dondurulması və varlılara daha yüksək vergi siyasətini vəd edir.
https://share.google/xVD9eRNAfa3Z9OLaG
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
