Mərkəzi Filippinləri vurmuş güclü "Kalmaegi" qasırğası ölkədə geniş dağıntılara səbəb olub. Rəsmi məlumatlara görə, azı 58 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Həlak olanlar arasında Mindanao bölgəsində, Agusan del Sur əyalətində humanitar yardım əməliyyatı zamanı helikopterin qəzaya uğraması nəticəsində həyatını itirən altı hərbçi də var.
Qasırğanın Cənubi Çin dənizi istiqamətində hərəkəti Vyetnam və regiondakı digər ölkələri də risk altına salır. Meteoroloqlar qasırğanın yaxın günlərdə Vyetnam sahillərinə çatacağını bildirirlər.
"Kalmaegi" qasırğası bir daha iqlim dəyişikliyinin yaratdığı təhlükələri və sahil ərazilərinin bu cür fəlakətlər qarşısında nə qədər həssas olduğunu göstərir. Mütəxəssislər regional əməkdaşlığın, vaxtında təxliyə və yardım tədbirlərinin vacibliyini vurğulayırlar.
Beynəlxalq təşkilatlar və yardım qurumları Vyetnamda qasırğanın mümkün təsirlərinə qarşı hazırlıq işlərini davam etdirirlər.
Mənbə: reauters.com
Tərcümə etdi: Şehrin Musayeva
