Bu gün:

Corc Buş Çeyninin ölümünü ölkə üçün ağır itki hesab edib


ABŞ-nin sabiq prezidenti Corc Buş keçmiş vitse-prezident Dik Çeyninin ölümünü “ölkə üçün böyük itki” adlandırıb. Ailəsi onun 84 yaşında pnevmoniya və ürək-damar xəstəliklərindən vəfat etdiyini bildirib.

Buş Çeyninin “terrora qarşı müharibə”nin memarı kimi ölkənin təhlükəsizliyinə ciddi təsir göstərdiyini vurğulayıb. Kondoliza Rays da onu “prinsipial və vətənpərvər dövlət xadimi” adlandırıb.


O, 11 sentyabrdan sonra ABŞ siyasətinə istiqamət verib, İraq və Əfqanıstana hərbi müdaxiləni dəstəkləyib. Son illər Trampın siyasətini tənqid edərək Kamala Harrisə səs verəcəyini açıqlayıb.


Çeyni uzun illər ürək xəstəlikləri ilə mübarizə aparıb və 2012-ci ildə ürək köçürülməsi əməliyyatı keçirib. Ailəsi onu “cəsarət və ləyaqətlə yaşayıb” deyə yad edib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et