ABŞ və Hindistan hökumətləri Vaşinqtonda müdafiə və texnologiya sahəsində əməkdaşlığı gücləndirən yeni anlaşma imzalayıb. “Bilateral Strategic Defence & Tech Partnership” adlanan bu sənəd iki ölkə arasında hərbi texnologiyaların paylaşılması və birgə təlimlərin keçirilməsini nəzərdə tutur.
Məlumata görə, anlaşma çərçivəsində ABŞ Hindistan ordusuna pilotsuz uçuş aparatları və radar sistemləri tədarük edəcək. Bu addım Asiya-Sakit okean regionunda təhlükəsizlik balansının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, yeni əməkdaşlıq regional sabitliyi möhkəmləndirmək məqsədi daşıyır: “Hindistanla birgə təhlükəsizlik mexanizmlərinin qurulması həm regionda, həm də qlobal miqyasda sülh və sabitliyə töhfə verəcək".
Hindistan tərəfi isə bu addımı ordunun modernləşdirilməsi və Çinlə artan rəqabət fonunda strateji tərəfdaşlığın dərinləşdirilməsi kimi qiymətləndirib. İlk birgə hərbi təlimlərin 2026-cı ilin əvvəlində Hind okeanı bölgəsində keçirilməsi planlaşdırılır.
Mənbə: Reuters, BBC News
Tərcümə etdi: Fatimə Salmanlı
