Çin məhkəməsi Myanmada fəaliyyət göstərən tanınmış mafiya qrupunun beş əsas üzvü barəsində ölüm hökmü çıxarıb. Qərar Pekinin Cənub-Şərqi Asiyada həyata keçirilən fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizəsini gücləndirdiyi bir dövrdə elan edilib.

Ümumilikdə Bay ailəsinin 21 üzvü və onlarla əlaqəsi olan şəxslər dələduzluq, adam öldürmə, xəsarət yetirmə və digər cinayətlərdə ittiham olunaraq məhkum ediliblər. Bu barədə dövlət mediasının məhkəmə saytında dərc etdiyi hesabatda bildirilib.
2000-ci illərdə fəaliyyətini gücləndirən bu ailə, Myanmanın ucqar və iqtisadi cəhətdən zəif inkişaf etmiş Laukk şəhərini kazinolar və əyləncə məkanları ilə tanınan gəlirli bir mərkəzə çevirmiş azsaylı qruplardan biri kimi tanınır.
Son illərdə isə onların insan alveri və onlayn fırıldaqçılıq kimi qanunsuz fəaliyyətlərə cəlb olunduğu bildirilir. Məlumatlara görə, minlərlə insan, əsasən Çin vətəndaşları, aldadılaraq bu əməliyyatlarda iştirak etməyə məcbur edilir və zorakılığa məruz qalır.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
