Bu gün:

Buş dövrünün əsas memarlarından biri vəfat edib


ABŞ-nin respublikaçı siyasətinin əsas adlarından sayılan və keçmiş ABŞ prezidenti Corc Buşun dövründə ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışmış Dik Çeyni 84 yaşında dünyasını dəyişib.Məlumatlara görə, ABŞ-nin keçmiş vitse-prezidenti Çeyninin ailəsi açıqlama verib. Çeyninin uzun müddətdir ürək xəstəliyi ilə mübarizə apardığı yayımlanan açıqlamada siyasətçinin 84 yaşında dünyasını dəyişdiyi bildirilib.

11 sentyabr hadisələrindən sonra Corc Buşun administrasiyası dövründə ABŞ-nin vitse-prezidenti vəzifəsini icra edən Dik Çeyni bu dövrün aqressiv siyasətlərinin əsas memarlarından biri kimi tanınıb.


Mənbə: HaberTürk

Tərcümə etdi: Aygül Alıyeva

https://www.haberturk.com/abd-de-bush-doneminin-saldirgan-politikalarinin-en-onemli-mimarlarindan-dick-cheney-oldu-3835303?utm_source=whatsapp&utm_medium=articleshare&utm_campaign=website

Paylaş
Şərh əlavə et