Bu gün:

Sankt-Peterburqda baş verən yanğının ağır fəsadları


"Rjevka-1" bağçılıq cəmiyyətində baş verən yanğında bir qadın və iki uşaq ölüb.

Sankt-Peterburqda "Rjevka-1" bağçılıq qeyri-kommersiya ortaqlığının ərazisində yanğın baş verib. İkimərtəbəli ev, hamam, həmçinin üç avtomobil tamamilə yanıb. 

Yanğınsöndürənlər birinci evə baxış keçiriblər. Hesabatda bildirilib ki, 36 yaşlı qadın, altı və üç yaşlı iki uşaq həlak olub.

Digər azyaşlılar yüksək səslə oyanaraq çölə qaçıblar və qonşular onları oradan götürüblər. Yanğının sobada başladığı ehtimal edilib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et