Sudanda davam edən vətəndaş müharibəsi nəticəsində ölkə ağır humanitar böhranla üz-üzə qalıb. 
Xüsusilə El-Fasher və Kadugli bölgələrində aclığın başladığı, minlərlə insanın qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir. BMT-nin Qlobal Aclıq Hesabatına görə, Sudanda vəziyyət “fəlakətli mərhələyə” çatıb.
Blokadalar, silahlı qarşıdurmalar və ərzaq təchizatının kəsilməsi səbəbindən yardım təşkilatlarının bölgəyə giriş imkanları da məhduddur. UNICEF və Dünya Ərzaq Proqramı xəbərdarlıq edərək bildirib ki, uşaqlar arasında qidalanma çatışmazlığı və xəstəlik halları sürətlə artır.
Ekspertlərin fikrincə, əgər beynəlxalq ictimaiyyət təcili yardım göstərməzsə, ölkədə genişmiqyaslı aclıq dalğası baş qaldıra bilər. Sudan hazırda həm siyasi, həm də humanitar baxımdan dünyanın ən kritik nöqtələrindən birinə çevrilib.
Mənbə: apnews.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
