Bu gün:

Trump Nyu-York mer seçkilərində Endryu Kuomonu dəstəkləyib


ABŞ prezidenti Donald Trump Nyu-York mer seçkilərində Endryu Kuomonu dəstəkləyərək seçiciləri solçu və əsas rəqibi olan Zohran Mamdanini seçməməyə çağırıb.

Trump dünən axşam "Truth Social" platformasında etdiyi yazılı bəyanatda bildirib: "Şəxsən Endryu Kuomonu xoşlayırsınız ya da yox, başqa seçiminiz yoxdur. Siz ona səs verməlisiniz və onun əla iş görməyinə ümid etməlisiniz. O, buna qadirdir, Mamdani isə deyil!"

Keçmiş Nyu-York qubernatoruna verilən bu isti olmayan dəstək böyük maraqla izlənilən mer seçkilərindən bir gün əvvəl gəlib.

Bundan əvvəl, bazar günü Trump əgər Mamdani seçilsə, doğma şəhəri Nyu-Yorka federal vəsait göndərməkdən çəkinəcəyini bildirib. Prezidentin ifadələri "Mamdani qalib gəlsə, Nyu-Yorka pul göndərmək çətin olar" şəklində olub.

Bu seçkilər Nyu-York şəhərinin gələcək idarəedilməsi üçün olduqca əhəmiyyətlidir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et