Bu gün:

İsrail ordusunun keçmiş baş hərbi prokuroru həbs olunub


İsrail ordusunun keçmiş baş hərbi prokuroru, Fələstinli məhbusa işgəncə verdiyi iddia edilən videonun yayılması ilə bağlı artan siyasi böhran səbəbilə həbs olunub.

General-mayor Yifat Tomer-Yeruşalmi keçən həftə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Hərbi Prokuroru vəzifəsindən istefa verərək, videoyayımın baş verməsində tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

General-mayor itkin düşmüş kimi qeydə alınıb və Tel-Əvivin şimalında yerləşən bir çimərlikdə polis tərəfindən saatlarla axtarış əməliyyatı keçirilib, bununla da vəziyyət daha da gərginləşib.

Polis məlumatına görə, daha sonra o, sağ-salamat tapılıb, lakin bundan sonra ona qarşı həbs qətimkan tədbiri seçilib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et