Bu gün:

Scream seriyası geri qayıdır: Scream 7-nin ilk treyleri yayımlandı



Bir dövrün məşhur qorxu filmi seriyası Scream yeddinci filmi ilə geri qayıdır. Gələn il vizyona çıxacaq Scream 7 filmindən ilk treyler artıq yayımlanıb.

Qorxu kinematoqrafiyasının ən tanınmış seriyalarından olan Scream yeni filmi ilə yenidən tamaşaçılar qarşısına çıxır. 2022 və 2023-cü illərdə çıxan beşinci və altıncı filmlərlə canlanan seriyanın yeddinci hissəsi gələn ilin əvvəlində nümayiş olunacaq. Vizyon tarixi yaxınlaşan Scream 7 üçün tanıtım işlərinə başlayan Paramount bu gün filmə aid ilk treyleri paylaşıb.


Scream 7, son illərdə çəkilən yeni Scream filmlərinin davamı sayılsa da, seriya üçün əhəmiyyətli dəyişikliklər olacaq. Bu yeni seriyanın əsas rollarında çıxış edən Melissa Barrera və Jenna Ortega artıq layihənin bir hissəsi olmayacaqlar. Çünki filmin prodüserləri, Filistinə dəstək verdiyi üçün Barrera ilə yollarını ayırıb. Jenna Ortega isə buna etiraz olaraq layihədən ayrılıb. Beləliklə, hər iki aktrisa artıq bu seriyada yer almayacaq.

Scream 7, 27 fevral 2026-cı ildə vizyona çıxacaq.

Bu ayrılıqlardan sonra seriyanı davam etdirmək üçün fərqli bir yol seçən prodüserlər, Scream 7-də əvvəlki filmlərin ulduzlarını geri gətirir. Filmin baş rollarında Neve Campbell və Courteney Cox yer alacaq. Neve Campbell tərəfindən canlandırılan Sidney Prescott obrazı sonuncu dəfə 2011-ci ildə çəkilən Scream 4 filmində hekayənin mərkəzində olmuşdu.

Seriyanın bu yeni filmində yeni bir Ghostface Sidin izinə düşür. Sid bu dəfə təkcə öz həyatı üçün deyil, həm də ərinin və qızının həyatı üçün mübarizə aparmalı olacaq.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et