Çinin Baş Naziri Li Çyanq bu həftə Şanxay şəhərində keçiriləcək Altıncı Beynəlxalq İmport Sərgisinin (CIIE) açılış mərasimində iştirak edəcək.
Məlumata görə, sərginin açılış mərasimi noyabrın 5-də baş tutacaq. Tədbir zamanı Li Çyanq çıxış edərək Çinin xarici ticarət və iqtisadi əməkdaşlıq sahəsində yeni təşəbbüslərini təqdim edəcək.
Beynəlxalq İmport Sərgisi dünyanın müxtəlif ölkələrindən olan şirkət və dövlət nümayəndələrini bir araya gətirir. Bu il sərgidə 150-dən çox ölkə və regiondan nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Sərginin əsas məqsədi Çinin açıq iqtisadi siyasətini təşviq etmək və beynəlxalq ticarət əlaqələrini gücləndirməkdir.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
