Alimlər xəbərdarlıq ediblər ki, qlobal istiləşmənin təsiri nəticəsində növbəti əsrdə dünyada onlarla şəhər tamamilə su altında qala bilər. Türkiyədə yerləşən İstanbul, İzmir və Antalya da bu siyahıya daxil edilib.

Swiftest şirkətinin həmtəsisçisi Metyu H. Neş tərəfindən aparılan araşdırma göstərib ki, qlobal istiləşmənin yaratdığı dəniz səviyyəsinin qalxması və daşqınlar dünyanın 37 böyük şəhərini təhdid edir. Araşdırmaya görə, bu şəhərlərin əksəriyyəti növbəti 100 il ərzində yaşayış üçün yararsız hala düşəcək.
Dünya xəritəsindən silinmə riski
Neşin araşdırması göstərib ki, sahil şəhərlərinin çoxu hələ də effektiv sahil mühafizəsi planları hazırlamayıb. Bəzi ölkələr dəniz divarları və drenaj sistemləri qurmağa çalışsa da, infrastrukturun qeyri-kafiliyi səbəbindən risk hər il artır.
Türkiyədə üç şəhər risk altındadır
Araşdırmaya görə, İzmir, İstanbul və Antalya dəniz səviyyəsinin qalxması səbəbindən 100 il ərzində yox olma riski ilə üz-üzədir.
Xüsusilə İzmir körfəzi, İstanbul sahilləri və Antalya limanı bölgələri daşqın təhlükəsinə ən çox məruz qalan ərazilər sırasındadır.
Ən yüksək riskli 20 şəhər
Araşdırmada 2100-cü ilə qədər yox olma riski altında olan ilk 20 şəhər belə sıralanır:
1. Vankuver – Kanada
2. Dubay – BƏƏ
3. Lissabon – Portuqaliya
4. Boston – ABŞ
5. Sidney – Avstraliya
6. İsgəndəriyyə – Misir
7. Mayami – ABŞ
8. San Fransisko – ABŞ
9. Ho Şi Min – Vyetnam
10. Dakka – Banqladeş
11. London – İngiltərə
12. Cakarta – İndoneziya
13. Banqkok – Tayland
14. Kolkata – Hindistan
15. İzmir – Türkiyə
16. İstanbul – Türkiyə
17. Antalya – Türkiyə
18. Osaka – Yaponiya
19. Nyu-York – ABŞ
20. Tokio – Yaponiya
Qlobal istiləşmənin təsirləri dərinləşir
Alimlər bildirirlər ki, dəniz səviyyəsinin qalxması yalnız sahil şəhərlərinə deyil, bütün dünya əhalisinə təsir göstərəcək.
Sahil ərazilərində yaşayan milyardlarla insanın köçkün düşəcəyi ehtimal olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər: “Əgər istixana qazı tullantıları azaldılmazsa, dəniz səviyyəsi 2100-cü ilə qədər bir metrə qədər qalxa bilər. Bu isə bir çox tarixi və iqtisadi mərkəzlərin tamamilə yox olmasına səbəb olacaq”.
https://share.google/7Oe43i6EHMeZCH977
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
