Bu gün:

UNESCO "Dünya Türk Dilləri Ailəsi Günü"nü təsis edib


UNESCO-nun 43-cü Baş Konfransı çərçivəsində hər il 15 dekabrın “Dünya Türk Dilləri Ailəsi Günü” kimi qeyd olunması barədə qərar qəbul edilib.


Qərar türk dillərinin qorunması, inkişafı və beynəlxalq səviyyədə tanıdılması məqsədilə qəbul olunub. 15 dekabr tarixi 1893-cü ildə alim Vilhelm Thomsenin Orxon-Yenisey yazılarını deşifrə etdiyi gün kimi tarixi əhəmiyyət daşıyır.

Yeni beynəlxalq gün Azərbaycan və digər türk dilli ölkələr üçün dil və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirəcək.

Mənbə:https://en.unesco.org/

Tərcümə etdi :Zəhra Məlikova

Paylaş
Şərh əlavə et