Səudiyyə Ərəbistanı bu gün ölkə miqyasında fövqəladə xəbərdarlıq sistemi üzrə sınaq keçirəcək.

Tədbirin məqsədi fövqəladə hallarda əhalinin təhlükəsizlik barədə vaxtında məlumatlandırılmasını və operativ xəbərdarlıq sisteminin effektivliyini yoxlamaqdır. Rəsmilər bildiriblər ki, sınaq zamanı hər hansı real təhlükə yoxdur və vətəndaşlardan panikaya düşməmələri xahiş olunur.
Bu addım Səudiyyə hökumətinin fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini artırmaq və milli təhlükəsizlik sistemini təkmilləşdirmək istiqamətində atdığı önəmli addımlardan biri kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, belə sınaqlar gələcəkdə baş verə biləcək təbii fəlakət və ya texnogen hadisələr zamanı insan itkisini minimuma endirməyə kömək edəcək.
Mənbə: timesofindia.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
