Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “birbaşa cərəyan kabello kəməri” layihəsi üzrə əməkdaşlıq genişlənir. Layihə Azərbaycanın Avropaya enerji ixracını artırmaq və regionda enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
Rumıniya Senatının sədri Mircea Abrudean bildirib ki, bu təşəbbüs gələcəkdə rəqəmsallaşma, kənd təsərrüfatı və turizm kimi sahələrdə də birgə layihələr üçün nümunə ola bilər.
Layihə Azərbaycanın Avropanın enerji bazarına çıxışını asanlaşdıracaq və ölkənin regional mövqeyini daha da gücləndirəcək.
Hazırladı: Gülay Bədirli
