Bu gün:

İtaliyada qar uçqunu faciəsi


İtaliyanın şimalındakı Alp dağlarında qar uçqunu baş verib. Uçqun nəticəsində 5 nəfər həyatını itirib.

İtaliya mətbuatı ölkənin şimalındakı Alto Adige bölgəsindən keçən Alp dağlarının Ortles hissəsində dünən axşam saatlarında qar uçqununun baş verdiyini xəbər verib. 

Bu səhər dağda uçqun düşən yamacda yenidən başladılan axtarış-xilasetmə işləri zamanı daha 2 nəfərin meyitinin tapılması ilə hadisə nəticəsində həyatını itirənlərin sayının 5-ə yüksəldiyi qeyd edilib.

Mənbə: Haberglobal

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et