Nyu-York bələdiyyə seçkilərində Demokrat partiyasının əsas namizədi olan Zohran Mamdaninin dəstəkçiləri ilə qarşılaşmadan bir neçə addım belə atması, demək olar ki, mümkün deyil.

Mamdani "Upper East Side" küçələrində erkən səs verənlərlə görüşmək üçün təşkil olunan kampaniya tədbirində iştirak edərkən, dəstəkçiləri tərəfindən davamlı olaraq dayandırılıb. İki gülümsəyən gənc qadın ona sosial şəbəkədə izlədiklərini deyərkən, başqa bir gənc kişi ilə selfi çəkdirmək üçün vaxt tapıb.
Mətbuat nümayəndələri onun hər anını, o cümlədən küçəyə qaçaraq "Səni dəstəkləyirik!" deyən taksi sürücüsü ilə əl sıxmasını lentə alıblar.
Sorğularda rahat üstünlüyə malik olan 34 yaşlı Mamdani çərşənbə günü baş tutacaq seçkidə tarix yazmaq ərəfəsindədir. O, son bir əsrdən çox müddətdə şəhərin ən gənc meri, həm də ilk müsəlman və Cənubi Asiya əsilli rəhbəri ola bilər.
Bir neçə ay əvvəlcə nisbətən naməlum olan bu şəxs hip-hop ifaçısı və mənzil məsləhətçisindən ABŞ-nin ən böyük şəhərinin ($116 milyardlıq büdcəsi olan) mer postuna əsas namizəd qədər yüksəlişi heç kəs proqnozlaşdıra bilməz.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
