Bu gün:

Kral Çarlz Endryu Mountbatten-Vindzorun fəxri rütbəsinin alınmasını istəyir


Böyük Britaniya hökuməti kralın istəyi ilə York hersoqu Endryu Mountbatten-Vindzorun son fəxri hərbi titulunun ləğv edilməsi üzərində işləyir. Bu barədə ölkənin müdafiə naziri Con Hili açıqlama verib.

Nazir bildirib ki, Kral Çarlz bu addımın atılmasını istədiyini açıq şəkildə nümayiş etdirib. Endryu, cümə axşamı şahzadə titulu əlindən alınan şəxs olaraq, 2022-ci ildə digər hərbi vəzifələrindən imtina etməsinə baxmayaraq, Kral Donanmasında vitse-admiral rütbəsini qoruyub saxlayıb.

Con Hili BBC-nin “Sunday with Laura Kuenssberg” proqramında deyib: “Bu, düzgün addımdır, kralın istədiyi addımdır və biz hazırda bunun üzərində işləyirik”.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova


Paylaş
Şərh əlavə et