İngiltərənin Kembriç əyalətində qatarda bıçaqlı hücum nəticəsində 11 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hücumda əli olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

Hücum şənbə günü axşam İngiltərənin şimal-şərqindəki Donkasterdən Londondakı King's Cross stansiyasına gedən qatarda baş verib.
Hücum barədə polis və təcili yardım çağıran qatar sərnişinləri məlumat verib. Onlar bıçaqla silahlanmış ən azı bir nəfərin qatar sərnişinlərinə hücum etdiyini bildiriblər.
Polis qatarda olan iki nəfəri hücumda şübhəli şəxslər olaraq həbs edib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
