Bu gün:

Lüksemburq kosmik mədənçiliyin qlobal mərkəzinə çevrilir


Bir az tanınmayan hüquqi boşluq korporasiyalara kosmosda mülkiyyət sahibi olmağa imkan verir. Dünyanın ən kiçik dövlətlərindən biri olan Lüksemburq asteroidlərin hasilatı sahəsində ön sıralarda yer alır. 

Lakin kosmosdan mineralların və qiymətli metalların çıxarılması bir sıra etik və hüquqi suallar doğurur. Məsələn, asteroidə və onun ehtiyatlarına kim sahiblik edə bilər? Və ya kosmos 1960-cı illərdə imzalanmış beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu kimi “bütün bəşəriyyətin” xeyrinəmi istifadə olunmalıdır? 


Bütün bu mübahisələrə baxmayaraq, Lüksemburq istifadə olunmamış trilyon dollarlıq sənaye potensialına sərmayə qoymaq istəyən çoxmillətli kosmik şirkətləri özünə cəlb edib. Araşdırmaçı Coş Tusen-Strous öyrənir ki, Lüksemburq necə qlobal kosmik mədənçilik mərkəzinə çevrilib və bu vəd olunan “kosmik qızıl axını”nın gerçəyə çevrilməsi mümkündürmü. 


Mənbə: The Guardian


Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et