Bu gün:

Nyu-Yorkda müsəlman və cənubi asiyalı namizəd lider mövqedə dayanıb


Nyu-Yorkda keçiriləcək bələdiyyə seçkilərində 34 yaşlı Zohran Mamdani əsas favorit kimi önə çıxıb. O, qalib gələcəyi təqdirdə şəhərin son yüz ildə ən gənc, həm də ilk müsəlman və cənubi asiyalı meri ola bilər.

Mamdani seçki kampaniyasında yaşayış xərclərinin azaldılması, pulsuz ictimai nəqliyyat və kirayələrin dondurulması kimi sosial yönümlü təşəbbüslərlə seçicilərin dəstəyini qazanıb. Onun planına görə, bu layihələr varlılar və korporasiyalar üçün nəzərdə tutulan yeni vergilərlə maliyyələşdiriləcək.


Əsas rəqibi keçmiş qubernator Endryu Kuomo, Mamdanini “anti-biznes” siyasət yürütməkdə ittiham edib. Respublikaçı namizəd Körtis Sliva isə hər iki rəqibini təcrübəsizlikdə günahlandırıb.


Mamdani qalib gəldiyi halda, həm Tramp administrasiyasına, həm də Demokrat Partiyasının ənənəvi xəttinə qarşı yeni bir siyasi alternativ kimi çıxış edə bilər.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et